AZ

Pakistanda cümə namazı zamanı məsciddə partlayış olub

BAKI, TurkicWorld

Pakistanın Xayber-Paxtunxva əyalətinin Nouşera şəhərində yerləşən mədrəsənin içərisindəki məsciddə cümə namazı zamanı partlayış baş verib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki , İlkin məlumata görə, hadisə nəticəsində 5 nəfər həyatını itirib, 23 nəfər yaralanıb.

Hadisə yerinə dərhal polis və tibbi yardım briqadaları göndərilib.

Yerli mənbələr bildirir ki, ilk araşdırmalara əsasən, partlayış kamikadze hücumu nəticəsində baş verib. Araşdırmalar davam edir.

Seçilən
93
turkic.world

1Mənbələr