AZ

Rəhimə Atəş necə fizioterapevt olub?

Azərbaycanda təkcə plastik cərrahiyyə yox, demək olar, 90% tibbi ixtisaslarda saxta sertifikat və ya sertifikasiya olmadan həkim kimi çalışanlar çoxdur.

Bu dəfə tanınmış fizioterapevt, böyük özəl klinikalarda fizioterapiya şöbəsində əsas həkim kimi çalışan, sonradan öz mərkəzini quran və populyar verilişlərdə reklam olunan Rəhimə Atəşdən gedir. Daha çox aparıcı Zaur Baxşəliyevin verilişində ekspert kimi iştirak edir.

Jurnalist Qənirə Ataş həkimə məxsus sənədləri yayıb. Rəhimə Atəşin Odlar Yurdu Universitetini biologiya üzrə bitirdiyi məlum olub.

Rəhimə Atəş öz adına Fizioterapiya və Reabilitasiya Mərkəzində xəstələri qəbul edir. O, özü barədə məlumatlarda Türkiyənin İstanbul və Ankara şəhərlərində və nüfuzlu xəstəxanalarında, illərlə müşahidəçi həkim olaraq çalışdığını qeyd edib, Braxial plexsus və digər koordinasiya pozuntuları, uşaqlarda beyin iflici, iflicli xəstəliklər kimi sahələrdə uzmanlaşmışdır. (uzmanlaşmışdır sözünün hansı mənada işləndiyi bilinmir, uzmanlıq dərəcəsi üçün Türkiyədə təhsil aldığı yazılmayıb)/Medicina


Xəbər 3 dəfə oxunub.
Seçilən
113
5
xezernews.az

10Mənbələr