AZ

Xorvatiya ilə energetika sahəsində birgə fəaliyyətin şaxələndirilməsi barədə fikir mübadiləsi aparılıb

“Xorvatiyaya səfərimiz çərçivəsində bu ölkənin ətraf mühitin mühafizəsi və yaşıl keçid naziri xanım Mariya Vuçkoviç ilə keçirdiyimiz görüşdə ölkələrimizin mühüm tərəfdaşlıq istiqaməti olan energetika sahəsində birgə fəaliyyətin şaxələndirilməsi barədə fikir mübadiləsi apardıq. Yaşıl enerjiyə keçidi və səmərəli iqlim fəaliyyətini dəstəkləyən təşəbbüslər üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirdik”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında məlumat verib.

Seçilən
114
vergiler.az

1Mənbələr