AZ

Azərbaycanda dənizçilərin xüsusi hazırlıq şəhadətnamələri YENİLƏNİR

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyində (DDLA) aparılan islahatların tərkib hissəsi olaraq martın 3-dən etibarən xüsusi hazırlıq şəhadətnamələrinin kurslarda iştirak etmədən yenilənməsi ilə bağlı müraciətlərin qəbulu “Bakı KOB evi”ndə həyata keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Bildirilib ki, sənədlərin qəbulundan dərhal sonra dənizçilərə xüsusi hazırlıq şəhadətnamələrinin yenilənməsi üzrə ADDLA-da təşkil olunacaq imtahanların tarixi ilə bağlı məlumat veriləcək.

Xüsusi hazırlıq şəhadətnamələri üzrə imtahan sualları və düzgün cavablar Agentliyin veb-saytında yerləşdirilib.

Bizim.Media

Seçilən
67
8
bizim.media

9Mənbələr