AZ

Deputat şəhidin ailəsini ziyarət edib -FOTO

97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonu Hacıqərvənd kəndində şəhid Mirzəli Rəşad Hafiz oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb.

“İki sahil” xəbər verir ki, ziyarət zamanı şəhidin döyüş yolundan və göstərdiyi igidliklərdən bəhs edilib. 1995-ci il təvəllüdlü Mirzəli Rəşad Hafiz oğlu 02 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhid Mirzəli Rəşad Hafis oğlu 44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Millət vəkili Anar Məmmədov şəhid ailəsinə başsağlığı verərək deyib: “Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın fədakarlığı heç vaxt unudulmayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Seçilən
452
ikisahil.az

1Mənbələr