Avropa İttifaqı (Aİ) ölkələri ABŞ və Rusiya arasında dialoqun gedişatını diqqətlə izləyir və Rusiya lideri Vladimir Putinlə amerikalı həmkarı Donald Trampın Ukrayna ilə bağlı sövdələşməni arxa plana keçirəcəyindən qorxurlar.
"Axios" portalı bu barədə Avropa diplomatiyasının rəhbəri Kaja Kallasın sözlərinə istinadən məlumat yayıb.
“Onlar Putinlə istədikləri qədər danışa bilərlər, lakin hər hansı sövdələşməni həyata keçirmək üçün avropalılar lazımdır və avropalılar və ya ukraynalılar buna razı olmasalar, heç bir sövdələşmə baş tutmayacaq”, - portal Kallasdan sitat gətirir.