Futbol üzrə Birinci Liqada 16-cı tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, bu gün 4 görüş baş tutub.
Turun mərkəzi oyununda "Qəbələ" ilə "Karvan" üz-üzə gəliblər. Kaxaber Tsxadadzenin komandası ev oyununda inamlı qələbə qazanaraq liderliyini möhkəmləndirib.
Səfərdə "Qaradağ Lökbatan"ı üstələyən "İmişli" bu qələbə sayəsində "Karvan"ı 2-ci pillədən sıxışdıraraq liderin ən yaxın izləyicisi statusuna yiyələnb.
MOİK - "Zaqatala" görüşündə qalib müəyyənləşməyib. Daha bir prinsipial matç autsayder zonasında baş tutub. Buna qədər sonuncu pillədə qərarlaşan "Mingəçevir" "Difai"ni üstələyərək həm bu komandanı, həm də "Qaradağ Lökbatan"ı geridə qoyub və 8-ci yerə yüksəlib.
Qeyd edək ki, turun dünən baş tutan açılış oyununda "Baku Sportinq" "Cəbrayıl"ı 1:0 hesabı ilə məğlub edib.
Birinci Liqa
16-cı tur
28 fevral
"Qəbələ" - "Karvan" 2:0
Qollar: D.Massumo, 54, A.Şuaybu, 84
"Mingəçevir" - "Difai" 1:0
Qol: R.Məmmədov, 88
"Qaradağ Lökbatan" - "İmişli" 0:1
Qol: P.Alveş, 40
MOİK - "Zaqatala" 0:0