AZ

Hindistanda 41 nəfər qar uçqunu altında qaldı

Hindistanın Uttarxand əyalətində qar uçqunu altında qalan 57 nəfərdən 16-sı xilas edilib, digərlərini xilas etmək üçün işlər aparılır.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, rəsmilər əyalətin şimal hissəsində, Çinin Tibet Muxtar Bölgəsi ilə sərhədinə yaxın ərazidə qar uçqunu olduğunu bildiriblər.

İlkin məlumatlara görə, 57 nəfər uçqun altında qalıb, onlardan 16-sı xilas edilib.

Rəsmilər qar uçqunundan zərər çəkmiş əraziyə girişin olmadığına və hava şəraitinin xilasetmə işlərini çətinləşdirdiyinə diqqət çəkib. İtkin düşən 41 nəfərin tapılması üçün axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

Tehran,

Sitat.info 

Seçilən
136
4
sitat.info

5Mənbələr