AZ

İftar süfrəsində xurma niyə vacibdir? - Ekspert izah etdi

İftar süfrəsində xurma niyə vacibdir? -

Ramazan ayında düzgün qidalanma sağlamlığın qorunması üçün vacibdir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, diyetoloqlar iftarı yavaş açmağı, əvvəlcə xurma və şorba qəbul edib, sonra əsas yeməyə keçməzdən əvvəl 5-10 dəqiqə gözləməyi tövsiyə edirlər. Bu, beynin toxluq siqnalı verməsinə imkan yaradır və həddindən artıq qidalanmanın qarşısını alır.

Xurma iftar süfrələrinin ayrılmaz hissəsidir. Kaliumla zəngin olduğu üçün sinir sistemi və əzələlərin fəaliyyətinə müsbət təsir göstərir, eyni zamanda anemiyanın qarşısını alır. Lakin balanslı istehlak edilməlidir.

Oruc zamanı maye itkisi yaşandığı üçün iftarla sahur arasında 2-2,5 litr su içmək tövsiyə edilir. Hərəkətsizliyə yol verməmək üçün iftardan sonra 30-45 dəqiqəlik gəzinti faydalıdır.

Xroniki xəstəlikləri olan şəxslər isə oruc tutmazdan əvvəl həkimlə məsləhətləşməlidirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
44
21
e-saglam.az

10Mənbələr