"OFİSLAİT” Məhdud Məsuliyyətli Cəmiyyəti rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.
Valyuta.az-ın məlumatına görə, MMC-nin qanuni təsmilsçisi Ağagül Sultanov Ağa Sultan oğlu barəsində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edib.
Məhkəmədə məlum olub ki, "OFİSLAİT” MMC-nin rəhbəri Ağagül Sultanovun 6537.56 manat vergi borcu var. Həmin borcu ödəmədiyi üçün məhkəmə xanım sahibkarın ölkədən çıxışına məhdudiyyət qoyub.