AZ

"Dərin qar və şiddətli soyuqlarda döyüş" mövzusunda təlim keçirilib (VİDEO)

Bakı. Trend:

Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz piyada bölmələri ilə "Dərinqar və şiddətli soyuqlarda döyüş" mövzusunda təlim keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, təlimin ssenarisinə əsasən,bölmələr şərti düşmənin təxribat-diversiya qrupununzərərsizləşdirilməsi üzrə tapşırıqları yerinə yetiriblər.

Kəşfiyyat məlumatları əsasında düşmən sığınacaqlarınınkoordinatları dəqiqləşdirildikdən sonra dəniz piyadaları dərinqarla örtülmüş meşəlik ərazidə təyin olunan istiqamətdəirəliləyiblər. Aşkar edilən "düşmən"in təxribat-diversiya qrupuyüksək peşəkarlıq nümayiş edirilməklə zərərsizləşdirilib.

Uğurlu döyüş əməliyyatlarında qazanılmış təcrübənin tətbiqi iləəlverişsiz ərazi və sərt iqlim şəraitində şəxsi heyətinpeşəkarlığının artırılması məqsədilə keçirilən təlimdə qarşıyaqoyulmuş tapşırıqlar yüksək səviyyədə icra edilib.

Seçilən
41
22
az.trend.az

10Mənbələr