AZ

Rusiya Kurskdakı Ukrayna ordusunu mühasirəyə alır? - Cəbhədən ziddiyyətli xəbərlər gəlir

Xəbər verildiyi kimi, fevralın 25-dəRusiya qoşunları Ukraynanın Sumı vilayətində sərhədin bir hissəsinə hücum edərək Ukrayna ərazisinə daxil olublar. Bu barədə hətta Vladimir Putin də öz çıxışında məlumat vermişdi. Məqsəd həmin ərazidən keçən və Kursk vilayətindəki Ukrayna qoşunlarını təchiz edən əsas asfalt yolu nəzarətə götürmək və faktiki olaraq, onları mühasirəyə almaq olub.

“AzPolitika” xəbər verir ki, Rusiya hərbi müxbirləri sözügedən yuolun artıq dronlarla və digər silahlarla vurulduğunu yazırlar və qeyd edirlər ki, yola çıxmaq və onu tam bağlamaq üçün cəmi 3-3.5 kilometr məsafə qət etmək qalır.

Ukrayna Silahlı Qüvvələri isə bugünkü rəsmi açıqalmada bildirir ki, düşmənin bu cəhdinin qarşısı alınıb, lakin Rusiya tərəfinin hücumları davam edir. Ukrayna Baş Qərargahının sözçüsü Dmitri Lixoviy “Ukrainska Pravda”ya deyib ki, “fevralın 25-də düşmən Sumı vilayətinin Novenkoye kəndi istiqamətində iki mexanikləşdirilmiş bölmə ilə basqın edərək Ukraynanın dövlət sərhədini keçib, lakin Ukrayna ordusu tərəfindən bloklanıb və yenidən Rusiya Federasiyası ərazisinə atılıb”.

Onun dediyinə görə, rus qoşunları indi piyada qruplarından istifadə edərək hücum əməliyyatları cəhdlərini davam etdirir. Eyni zamanda, Ukrayna Müdafiə Qüvvələri düşmənin Ukraynanın logistikasını kəsməsinin qarşısını almaq üçün tədbirlər görür. Ərazidə döyüşlər davam edir.

“DeepState” layihəsinin xəritəsində isə hələ 2022-ci ilin fevralında ruslar tərəfindən dağıdılan Novenkoye kəndi “boz zona” kimi göstərilir. Bu, o deməkdir ki, əraziyə tərəflərdən heç biri tam nəzarət edə bilmir.

Kursk vilayətində döyüşən bölmələrdən “Ukrainska Pravda”ya məlumat verilib ki, ruslar Novenkoye kəndindən Kursk vilayətindəki Ukrayna qoşunlarının təchizatının təmin olunduğu əsas yola - Sumı-Yunakovka-Sudja yoluna keçmək istəyirlər. 

Qeyd olunur ki, 2025-ci ilin əvvəlindən ruslar bu yol boyu FPV dronları aktiv şəkildə işlədir, dronlar sərhədi aşaraq Ukrayna ərazisinə 7-10 kilometr irəliləyir ki, bu da çox əhəmiyyətli məsafədir və Ukrayna tərəfinə ciddi problemlər yaradır.

“AzPolitika.info”

Seçilən
102
azpolitika.info

1Mənbələr