“Biz gözləyirik ki, Rusiya Federasiyasının Prezidenti Putinin dəvəti ilə KTMT ölkələrinin bütün rəhbərləri, eləcə də milli hərbi kontingentlər mayın 9-da Qırmızı Meydanda keçiriləcək Qələbə Paradında iştirak edəcəklər”.
Herbiand.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Ağasandyan “Müttəfiqlər. KTMT” nəşrinə müsahibəsində deyib.
Ağasandyan qeyd edib ki, 1941-1945-ci illər Böyük Vətən Müharibəsindəki Qələbə mövzusu ölkələrimiz üçün birləşdirici amildir: “On milyonlarla vətəndaşımızın həyatına son qoymuş bəşər tarixinin ən qanlı münaqişəsinin əsas səbəblərini təhrif etməyin, dünyanın nasizm əsarətindən azad edilməsində Sovet İttifaqı xalqlarının əsas rolunu aşağılamağın yolverilməz olduğu qənaətindəyik. Müvafiq yanaşmalar Kollektiv Təhlükəsizlik Şurasının ötən ilin noyabrında qəbul edilmiş tematik bəyanatında qeyd olunub. Nasizmin dirçəlişinə qarşı qəti mövqeyimizi dünya ictimaiyyətinin böyük əksəriyyəti bölüşür və bunu 2024-cü ilin dekabrında BMT Baş Assambleyası tərəfindən nasizmin oyanmasına qarşı mübarizə haqqında qətnamənin qəbul edilməsi aydın şəkildə nümayiş etdirilib”.
Bəxtiyar CƏFƏRLİ