AZ

“İnam yox idi, indiki kimi mübarizə aparmırdıq” – “Neftçi”lidən səmimi etiraf!

Mövsümə uğursuz başlayan “Neftçi”də üzlər gülür.

“Ağ-qaralar” Premyer Liqanın son 4 oyununda 3 qələbə qazanıb, ölkə kubokundan “Kəpəz”i səfərdə məğlub edib.

Hazırkı vəziyyət “Neftçi”nin yüksəlişindən xəbər verir ki, azarkeşlər bu gedişlə sevimli komandasının avrokuboklara vəsiqə qazanacağına inanır.

Paytaxt təmsilçisinin üzvü Alfa Konte də bu mənada ümidlidir.

Syerra-Leonedən olan cinah yarımmüdafiəçisi Sportinfo.az-a açıqlamasında ağ-qara rənglərə könül verən fanatları inamlı olmağa çağırıb:

“Özünüz də görürsünüz ki, nəticələr yaxşılaşıb. Önəmli olan uğurlu seriyanı qoruyub-saxlamaqdır.

Ən başlıcası komandada ailə mühitinin olmasıdır. Şans qazanan hər bir futbolçu meydanda canını qoyur, mübarizə aparır.

Əvvəlki vəziyyət belə deyildi. Komandada inam yox idi, indiki kimi mübarizə aparmırdıq.

Belə davam etməliyik. İnanıram ki, mövsümün sonunda özümüzü və azarkeşlərimizi sevindirəcəyik. Sadəcə, sona qədər bizə dəstək olsunlar, inam göstərsinlər”.

24 turdan sonra 27 xalla 6-cı pillədə qərarlaşan “ağ-qaralar” ən yaxın rəqibi “Sabah”dan 6 xal geridədir.

HƏBİB

Seçilən
23
4
sportinfo.az

10Mənbələr