AZ

“Günahkarlar cavab verməlidir”

Yunanıstanda iki il əvvəl 57 nəfərin həyatını itirdiyi qatar qəzasının ildönümü ilə əlaqədar ölkə daxilində keçirilən tətillər və etirazlar həyatı dayanma nöqtəsinə gətirib.

Paytaxt Afinanın Sintaqma meydanına toplaşan minlərlə insan “Ədalət istəyirik!” şüarları ilə hökumətə etiraz ediblər.

Afinada bir çox müəssisə qapılarını bağlayaraq qəzada yaxınlarını itirən ailələrin rəhbərlik etdiyi nümayişə dəstək verib.

Tətil çərçivəsində aviareyslər və qatar reysləri ləğv edilib, bərə reysləri dayandırılıb və ictimai nəqliyyatın fəaliyyəti xeyli azalıb. Ölkə daxilində və xaricdə 300-dən çox şəhərdə etiraz aksiyaları keçirilib.

***

Yunanıstanın ən böyük həmkarlar ittifaqı olan Ümumi Əmək Konfederasiyasının (GSEE) prezidenti Yannis Panaqopulos nümayişdəki çıxışında “Həqiqət tam üzə çıxarılmalı və məsul şəxslər nə qədər yüksək vəzifədə olsalar da, cavab verməlidirlər”, – deyib.

23 fevral 2023-cü ildə Yunanıstanın Tesaliya bölgəsindəki Tempi qəsəbəsində sərnişin qatarı ilə ticarət qatarı toqquşub, 57 nəfər həlak olub.

Qəza ilə bağlı aparılan araşdırmalar nəticəsində hazırlanan və dünən açıqlanan hesabatda qəzanın insan səhvi, kadr çatışmazlığı, dəmir yolu infrastrukturunun köhnəlməsi və lazımi səviyyədə hazırlanmaması səbəbindən baş verdiyi bildirilib.

Seçilən
55
vaxt.az

1Mənbələr