"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo "Qalatasaray"ı məhkəməyə verib.
İdman.biz xəbər verir ki, bu barədə "sarı-lacivərdli" klub açıqlama yayıb.
Portuqaliyalı mütəxəssisi irqçilikdə günahlandıran "Qalatasaray"a 1 milyon 907 min Türkiyə lirəsi təzminat davası açılıb. Bununla bağlı, Mourinyonun vəkilləri İstanbula dəvət olunub. 62 yaşlı məşqçinin nüfuzunu zərər dəyməsi ilə bağlı məhkəməyə müraciət olunub.
Qeyd edək ki, "Qalatasaray" - "Fənərbaxça" oyunundan sonra Joze qarşı tərəf haqqında "texniki zonada meymun kimi tullanırdılar" ifadəsini işlədib.
İdman.biz