AZ

Bəyan edilməyən 555 stomatoloji vasitəni ölkəyə gətirən şəxs gömrükdə saxlanıldı

Bakı. Trend:

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları stomatolojivasitələrin ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsicəhdinin qarşısını alıblar.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsinin Mətbuat vəİctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bildirilib ki, Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı“Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasınıtərk etmək istəyərkən gömrükçülər tərəfindən saxlanılıb və “Qırmızıkanal”a yönləndirilib. Vətəndaşa məxsus əşyalara stasionar rentgenqurğusu vasitəsilə baxış keçirilərkən şübhəli təsvirlər müşahidəedilib.

"Yoxlama zamanı həmin şəxsin çamadan və çantasında gömrükorqanlarına bəyan edilməyən üç adda 555 ədəd stomatoloji vasitələraşkarlanıb. Faktla bağlı araşdırma aparılır", - məlumatda qeydedilib.

Seçilən
92
10
az.trend.az

10Mənbələr