AZ

Mourinyo "Qalatasaray"ı məhkəməyə verdi

Bakı. Trend:

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo "Qalatasaray" klubunaqarşı məhkəmə iddiası qaldırıb.

Trend xəbər verirki, portuqaliyalı mütəxəssis İstanbul klubundan 1 milyon 907 min TLməbləğində mənəvi təzminat tələb edir. Bu barədə "Fənərbaxça"nınmətbuat xidməti məlumat yayıb.

Mourinyo Super Liqanın 25-ci turunda "Qalatasaray"la oyundan(0:0) sonra rəqib texniki heyətinə qarşı "meymun kimitullanırdılar" ifadəsini işlədib. "Qalatasaray" bu ifadəni irqçixarakter daşıdığı üçün məhkəməyə verib.

Portuqaliyalı mütəxəssis isə sözlərinin irqçilik olmadığını,əksinə, bu ittihamın onun nüfuzuna zərər vurduğunu bildirib. Bunagörə də məhkəməyə müraciət edərək təzminat tələb edib. Mourinyonuntələb etdiyi məbləğ simvolik xarakter daşıyır – 1 milyon 907 min TLməhz "Fənərbaxça" klubunun 1907-ci ildə yaranmasına işarə edir.

Seçilən
59
2
az.trend.az

4Mənbələr