
“Microsoft” may ayından etibarən “Skype”a dəstəyi rəsmi olaraq dayandırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “XDA Developers” məlumat yayıb.
İstifadəçilər bildirib ki, onları artıq “Teams”a keçməyə çağırıblar.
“May ayından etibarən “Skype” artıq mövcud olmayacaq. “Teams”də zəng etməyə və söhbət etməyə davam edin”, - “Skype”ın yenilənməsində deyilib.
Bildirişdə həmçinin qeyd edilir ki, bəzi kontaktlar artıq pulsuz olaraq “Teams”a köçürülüb.