AZ

Yetkinlərin ən azı 15 faizində diabet var - Tibbi statistika

Yetkinlərin ən azı 15 faizində diabet var -

Türkiyədə 20 yaşdan yuxarı insanların ən azı 15%-də şəkərli diabet var.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, prof. Dr. Fulya Akının sözlərinə görə, hazırda Avropada ən çox diabet xəstəsi olan üçüncü ölkə olan Türkiyə 2045-ci ilə qədər dünyada ilk 10-luqda ola bilər.

Diabet insulin müqaviməti və ya çatışmazlığı nəticəsində yaranır. 1-ci tip diabet adətən uşaqlıqda başlayır və genetik faktorlarla bağlıdır, 2-ci tip isə əsasən 30-40 yaşdan sonra inkişaf edir. Lakin son illərdə gənclərdə də artıb.

Diabet ürək-damar xəstəlikləri riskini 2-3 dəfə artırır və böyrək çatışmazlığının əsas səbəbidir. Klassik simptomlar arasında həddindən artıq susuzluq, tez-tez sidiyə getmə, yorğunluq və bulanıq görmə var. Müalicə olunmazsa, ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Sağlam qidalanma, fiziki fəaliyyət və piylənmədən qaçınmaqla 2-ci tip diabetin qarşısını almaq mümkündür. 1-ci tip diabetdə isə insulin müalicəsi vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
48
11
e-saglam.az

10Mənbələr