ABŞ prezidenti Donald Tramp Ukraynaya silah göndərməkdə davam edəcəyinə inandırıb, lakin eyni zamanda müharibənin bitəcəyinə ümid etdiyi üçün silah həcminin çox olmayacağını da açıqlayıb.
Sitat.info BBC-ə istinadən xəbər verir ki, Tramp bunu fevralın 28-də Ağ Evdə mətbuat konfransı zamanı deyib.
Jurnalistlərin müharibə bitməsə, Ukraynaya silah tədarükünü davam etdirib-etdirməyəcəyi ilə bağlı sualına Tramp deyib: "Cavab bəli. Amma ümid edirəm ki, biz çox şey göndərmək məcburiyyətində qalmayacağıq, çünki bunun tez bir zamanda həyata keçirilməsini səbirsizliklə gözləyirəm".
Nigar,
Sitat.info