Tbilisi Beynəlxalq Hava Limanında təxliyyə elan edilib.
Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, sərnişinlər Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə çölə çıxarılıb.
Buna səbəb hava limanına bomba qoyulması ilə bağlı zəngin daxil olmasıdır.
Hava limanından uçuşlar müvəqqəti təxirə salınıb.