AZ

Böyük Britaniya Ukraynaya quru qoşunları və HHQ göndərməyə hazırdır – baş nazir Keir Starmer

Böyük Britaniyanın baş naziri Keir Starmer Vaşinqtonda danışıqlar zamanı ABŞ prezidenti Donald Tramp ilə Ukrayna ilə sülh razılaşmasını müzakirə etdiyini bildirib.

O, bu sülh “sərt və ədalətli” olacaq, – deyib. Bundan əlavə baş nazir Britaniyanın Ukraynaya quru qoşunları və hava qüvvələri göndərməyə hazır olduğunu açıqlayıb. “Bu gün biz sərt və ədalətli sülh planını müzakirə etdik. Bu sülh Ukraynanın formalaşmasına kömək edəcək və bu, güclə dəstəklənəcək… Mən açıq şəkildə bildirdim ki, Böyük Britaniya sazişi dəstəkləmək üçün quru qoşunları və təyyarələr göndərməyə hazırdır”, – deyə Starmer Trampla birgə mətbuat konfransında bildirib.

Xatırladaq ki, Böyük Britaniya və Fransa təhlükəsizlik təminatı olaraq Ukraynada Avropa qoşunlarının sülhməramlı kontingentinin yerləşdirilməsi planı hazırlayıb. 30 minə qədər sülhməramlının Qara dənizdəkilər də daxil olmaqla infrastruktur obyektlərini, şəhərləri və limanları qoruyacağı planlaşdırılır. ABŞ prezidenti isə hesab edir ki, Ukraynaya xarici qoşunların göndərilməsi barədə danışmaq hələ tezdir və ilk növbədə razılaşma əldə edilməlidir.

//Samir Qurbanov, Editor.az

Seçilən
39
20
editor.az

10Mənbələr