AZ

Mourinyo “Qalatasaray”ı məhkəməyə verdi

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo onu irqçilikdə ittiham edən “Qalatasaray”a qarşı mənəvi təzminat iddiası qaldırıb.

Publika.az xəbər verir ki, bu barədə “sarı-lacıvərtlilər”in rəsmi saytı məlumat yayıb.

Mourinyonun 1,907 milyon lirə (50 min avro) məbləğində təzminat tələb etdiyi vurğulanıb.

Qetd edək ki, 62 yaşlı çalışdırıcı “Qalatasaray”la qarşılaşmasında irqçiliyə görə 2, dördüncü hakimini təhqir etdiyinə görə daha 2 oyunluq, ümumiyyətlə isə 4 oyunluq diskvalifikasiya edilib.

Seçilən
44
publika.az

1Mənbələr