AZ

Dünya liderlərindən Zelenskiyə DƏSTƏK - FOTO

Ağ Evdə ABŞ lideri Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən gərgin mübahisəyə dünya liderləri də səssiz qalmayıb.

Bizim.Media xəbər verir ki, əksər ölkələrin rəsmiləri Zelenskiyə dəstək paylaşımları ediblər.

İlk növbədə Polşanın Baş naziri Donald Tusk özünün “X” hesabında paylaşım edib: “Hörmətli Zelenski, əziz ukraynalı dostlar, bilin ki, siz tək deyilsiniz”.



Qeyd edək ki, Tusk Ukrayna prezidentini dəstəkləyən ilk Qərb lideridir.

Kaliforniyadan olan senator Adam Şiff: “Bu gün dəyirmi masa arxasında bir qəhrəman və bir qorxağın danışıqları aparıldı. Görüş başa çatdıqdan sonra isə qəhrəman Ukraynaya geri qayıdır”.



Fransa Prezidenti Emmanuel Makron da Ağ Evdə baş verənlərə səssiz qalmayıb: “Rusiya təcavüzkardır, Ukrayna isə qurbandır”.



Həmçinin Almaniyanın gələcək kansleri Fridrix Mertzin Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı (CDU/CSU) partiyası da baş verənlərlə bağlı bəyanat yayıb:



“Ağ Evdəki səhnələr şok edicidir. İşğal olunmuş bir ölkənin prezidentinə necə xəyanət etmək olar? Azad Avropa Ukraynadan əl çəkməyəcək”.

Bizim.Media

Seçilən
31
50
bizim.media

10Mənbələr