"Yuventus" ardıcıl mənfi nəticələrdən sonra baş məşqçi Tiaqo Motta ilə yollarını ayırmağı planlaşdırır.
Offsideplus.az xəbər verir ki, "qoca sinyora" artıq yeni çalışdırıcı axtarışlarına da başlayıb. Bu barədə "Tuttosport" məlumat yayıb.
Turin klubunun əsas namizədləri arasında Antonio Konte, İqor Tudor, Piero Qasperini və Roberto Mançini yer alıb.
Qeyd edək ki, komanda növbəti "Verona"ya qalib gələ bilməyəcəyi təqdirdə Mottanın postundan göndəriləcəyi gözlənilir.