Pakistanın şimal-qərbində baş verən partlayış nəticəsində azı 6 nəfər ölüb, onlarla insan yaralanıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Pakistanın Baş naziri Şahbaz Şərif hadisəni terror aktı adlandırıb.
Məlumata görə, yaralanlardan 20-si xəstəxanalara çatdırılıb.
“Reuters” agentliyinin məlumatına görə, azı 6 nəfər həlak olub.
Partlayışdan dərhal sonra polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
İlkin məlumata görə, partlayış kamikadze tərəfindən törədilib.