AZ

Tramp Zelenski ilə mübahisəsini şərh etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə hazır olmadığını bildirib.
Oxu.Az xəbər verir ki, Tramp bunu "Truth Social" sosial şəbəkəsində açıqlayıb.
"Bu gün Ağ Evdə çox əhəmiyyətli bir görüş keçirdik. Belə bir gərginlik və təzyiq altında müzakirə olmadan başa düşülməsi mümkün olmayan çox məsələni öyrəndik. Mən başa düşdüm ki, Zelenski sülhə hazır deyil. Çünki o, hesab edir ki, bizim iştirakımız ona danışıqlarda böyük üstünlük verəcək. Mənə üstünlük lazım deyil, mənə sülh lazımdır. O, Amerika Birləşmiş Ştatlarının Oval Kabinetində hörmətsizlik nümayiş etdirdi. O, sülhə hazır olduqda geri qayıda bilər", - ABŞ lideri Zelenski ilə görüşdən sonra yazıb.
Seçilən
187
50
oxu.az

10Mənbələr