Bu gün Azərbaycanda Ramazan ayı başlayır.
Far.Az xəbər verir ki, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 1-nə təsadüf edəcəkdir.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmi saytında bildirilir ki, bu il Qədr (Əhya) gecələri martın 18-i, 20-si, 22-si və 26-sına təsadüf edəcək.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.
Əmək Məcəlləsinə əsasən, 30 mart - Ramazan bayramı bazar gününə düşdüyündən 1 aprel qeyri-iş günü sayılmalı idi. Lakin Nazirlər Kabinetinin Qərarı ilə 28 mart iş günü ilə 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Bu səbəbdən də 1 aprel rəsmi iş günü sayılacaq.