Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev Polşa təmsilçisi Mateuş Qamrotun sözlərinə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, Qamrotdan çəkinmədiyini söyləyən həmvətənimiz onun qorxduğunu nəzərə çatdırıb.

"Mən səndən qorxmuram! Əksinə, sən məndən qorxduğuna görə fevralın 1-də revanş döyüşünə razılıq vemədin" - deyə Fiziyev vurğulayıb.

Qeyd edək ki, Qamrot martın 9-da keçiriləcək UFC313 yarışı üçün Castin Qeycinin rəqib qismində onu deyil, Fiziyevi seçməsindən narazı qalıb. O, açıqlamasında idmançımızın gücünə şübhə ilə yanaşdığını deyib: "Qeyci özünə nisbətən zəif rəqib seçdi. Zərbə vurmağı sevənlər güləşçilərdən həmişə qorxurlar. Mən fiziki formada qalacağam və istənilən rəqiblə döyüşə hazır olacağam".

Onu da əlavə edək ki, Rafael Fiziyev - Castin Qeyci görüşü martın 9-da ABŞ-ın Las Veqas şəhərində keçiriləcək.