“Atletik”in yarımmüdafiəçisi Niko Uilyamsın “Barselona”ya keçməsi ehtimalı azdır.
Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, kataloniyalıların rəhbərliyi artıq ispaniyalı futbolçu ilə maraqlanmır.
22 yaşlı vinger bu mövsüm bütün turnirlərdə 32 oyun keçirib, 6 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun “Atletik”lə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna kimidir.