Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 24-cü turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Ştutqart” doğma meydanda lider “Bayern”lə üz-üzə gəlib. Qarşılaşmada hesabı meydan sahibləri açsalar da, Münhen təmsilçisi qalan dəqiqələrdə nəinki məğlubiyyətdən xilas olmağı, hətta inamlı qələbə qazanmağı bacarıb.
24-cü turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya, Bundesliqa
24-cü tur
28 fevral
Ştutqart – Bayern 1:3
Qollar: Stiller, 34 – Olise, 45. Qoretska, 64. Koman, 90.
1 mart
18:30. Boxum – Hoffenhaym
18:30. Haydenhaym – Borussiya (Mönhenqladbax)
18:30. Leypsiq – Maynts
18:30. Sankt Pauli – Borussiya (Dortmund)
18:30. Verder – Volfsburq
21:30. Ayntraxt – Bayer
2 mart
18:30. Union Berlin – Holştayn
20:30. Auqsburq – Frayburq