AZ

KİV: Tramp ingilis dilini dövlət dili elan edəcək

ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda İngilis dilinin ölkə ərazisində rəsmi dövlət dili elan edilməsinə dair Fərman imzalayacaq.

Azreform.info APA-ya istinadən xəbər verir ki, bu barədə iddia ilə “The Wall Street Journal” nəşri çıxış edib.

Sənədə əsasən federal agentliklər əvvəlki kimi İngilis dilindən fərqli dillərdə sənəd mübadiləsini həyata keçirə biləcək.

Bununla da 250 illik tarixdə ilk dəfə olaraq Birləşmiş Ştatlar federal səviyyədə dövlət dilinə malik olacaq.

Seçilən
95
12
azreform.info

10Mənbələr