AZ

"Microsoft" 2025-ci ildə "Skype"ı dayandıracaq

Bakı. Trend:

"Microsoft" 2025-ci ilin may ayında "Skype" xidmətini tamamilədayandıracağını və istifadəçiləri "Microsoft Teams" platformasınakeçməyə təşviq edəcəyini açıqlayıb.

Trend BBC-yəistinadən xəbər verir ki, "Skype" istifadəçiləri mövcud hesablarıilə "Teams"ə daxil olaraq, bütün söhbət və əlaqələrini avtomatikköçürə biləcəklər.

Bu addım "Microsoft"un kommunikasiya xidmətlərinisadələşdirərək, "Teams" platformasına daha çox diqqət ayırmasınaimkan verəcək.

Qeyd edək ki, "Skype" 2003-cü ildə istifadəyə verilib və 2011-ciildə "Microsoft" tərəfindən 8,5 milyard dollara satın alınıb. Sonillərdə "Zoom" və "Slack" kimi platformalarla rəqabətdə geri qalan"Skype", xüsusilə pandemiya dövründə "Teams"in populyarlığınınartması fonunda kölgədə qalıb.

"Microsoft"un məlumatına görə, hazırda "Teams" platformasınınaylıq 320 milyon aktiv istifadəçisi var.

Seçilən
86
az.trend.az

1Mənbələr