AZ

Sosial şəbəkədə tələbə qızların adından saxta səhifələr açanlar kimlərdir?

Qız tələbələrin adından səhifələr yaradılır, icazələri olmadan şəkilləri paylaşılır.

Publika.az xəbər verir ki, universitetdə təhsil alan bəzi şəxslər də məsələni təsdiqləyirlər. Hətta tələbələr bir-birlərinə diqqətli olmaları, ehtiyatlı davranmaları ilə bağlı xəbərdarlıq da ediblər.

Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetindən bildirilib ki, bununla bağlı müəyyən tələbələr tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib.

"Hazırda hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma həyata keçirilir. Universitet tərəfindən hüquq-mühafizə orqanlarına zəruri dəstək və köməklik göstərilir. Bu kimi məsələlərin araşdırılması universitetin səlahiyyətindən və imkanlarından xaric olduğu üçün biz hüquq-mühafizə orqanları tərəfindən müvafiq qiymətləndirmə gözləyirik",- deyə universitetin açıqlamasında bildirilib.

Seçilən
117
2
publika.az

3Mənbələr