AZ

PSJ "Portu"nun gənc ulduzu Rodriqo Moranı transfer etmək istəyir

Bakı. Trend:

Paris "Sent-Jermen" növbəti mövsüm heyətini gücləndirməkməqsədilə yeni futbolçu axtarışlarını davam etdirir.

Trend xəbər verirki, Fransa nəhəngi "Portu"nun istedadlı yarımmüdafiəçisi RodriqoMoranı transfer etməyi planlaşdırır.

Bu barədə idman jurnalisti Luis Koelyo öz "X" hesabında məlumatpaylaşıb. Bildirilir ki, PSJ 17 yaşlı futbolçu üçün Portuqaliyaklubuna 45 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Rodriqo Mora "Portu" akademiyasının yetirməsidirvə gələcəyin perspektivli oyunçularından biri hesab olunur.

Seçilən
28
az.trend.az

1Mənbələr