AZ

Evində ölü tapılan Hollivud ulduzunun qızı açıqlama verdi

Amerikalı aktyor Cin Hekmanın qızlarından biri Lesli Enn Hekman atasının və anası Betsi Arakavanın ölümünün sirr olaraq qaldığını bildirib.

Ölkə.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə o, "Daily Mail"ə eksklüziv müsahibəsində deyib.

Onun sözlərinə görə, ailə cütlüyün ölüm səbəbi ilə bağlı hüquq-mühafizə orqanlarından cavab gözləyir və hələ də baş verənləri anlamağa çalışır. Eyni zamanda, aktyorun qızı atasının hər hansı bir problemi olduğuna dair heç bir əlamət olmadığını vurğulayıb. O qeyd edib ki, atasını bir neçə aydır görməyib.

"Biz yaxın idik. Bir-iki aydır ki onlarla danışmırdım, amma hər şey normal idi, hər şey yaxşı idi", - o bildirib.

Xatırladaq ki, 95 yaşlı Hekman və onun həyat yoldaşının ölümü barədə fevralın 27-də məlumat yayılıb. Fevralın 26-da cəsədləri aşkar edən polis cütlüyün ölümünün zorakılıq nəticəsində baş vermədiyini qeyd edib.

Seçilən
39
olke.az

1Mənbələr