AZ

WBO reytinqi yeniləndi: Lider kimdir?

Ümumdünya Boks Təşkilatı (WBO) ağır çəki dərəcəsində ən güclülərin yenilənmiş reytinqini dərc edib.

Publika.az xəbər verir ki, reytinqə “WBO Global” tituluna sahib olan avstraliyalı Castis Hun başçılıq edir.

Boksçu peşəkar rinqdə 12 qələbə qazanıb (yeddisi nokautla), məğlubiyyətlə üzləşməyib. Statusu ona yaxın gələcəkdə dünya çempionu adına iddialı olmağa imkan verir.

WBO-nun ilk üçlüyünə həmçinin Britaniyadan olan daha iki məğlubiyyətsiz boksçu daxil olub: Moses İtauma (11-0, 9 KO) ikinci, Fabio Vardli (18-0-1, 17 KO) isə üçüncüdür.

Seçilən
19
publika.az

1Mənbələr