AZ

Klaudio Ranyeri - A Seriyasında fevralın ən yaxşı məşqçisi!

“Roma”nın baş məşqçisi Klaudio Ranyeri futbol üzrə İtaliya A Seriyasında fevral ayının ən yaxşı məşqçisi elan edilib.

Arena.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.

Romalılar fevralda 73 yaşlı mütəxəssisin rəhbərliyi altında İtaliya çempionatında 4 oyun keçiriblər və cəmi 1 dəfə xal itiriblər. Belə ki, “canavarlar” “Napoli” ilə heç-heçə (1:1) ediblər. Digər oyunlarda isə komanda hesabına 3 xal yazdırıb. Paytaxt təmsilçisi “Venesiya” (1:0), “Parma” (1:0) və “Montsa”nı (4:0) məğlub edib.

26 turdan sonra “Roma” 40 xalla A Seriyasında turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Xatırladaq ki, Klaudio Ranyeri 2009-2011-ci illərdə və 2019-cu ilin mart-iyun ayları aralığında da “canavarlar”ın baş məşqçisi vəzifəsində çalışıb. 73 yaşlı qocaman mütəxəssis “canavarlar” üçün çox çətin bir məqamda – 2024-cü ilin noyabr ayında yenidən “Roma”nın sükanı arxasında fəaliyyətə razılq verib. Ranyeri cari mövsümün sonuna qədər “Roma”nı çalışdıracaq.

Təcrübəli mütəxəssis “canavarlar”ı bu mövsüm 22 oyuna çıxarıb. Komanda bu görüşlərdə 12 qələbə qazanıb, 5 heç-heçə və 5 məğlubiyyət görüb. O, daha öncə “Kalyari”, “Uotford”, “Sampdoriya”, “Fulhem”, “Nant”, “Lester Siti”, “Monako”, “İnter”, “Yuventus”, “Parma”, “Valensiya”, “Çelsi”, “Atletiko” (Madrid), “Fiorentina”, “Napoli” kimi komandalara, həmçinin Yunanıstan millisinə də rəhbərlik edib.

Ranyeri bu mövsüm ilk dəfədir A Seriyasında ayın ən yaxşısı seçilir. 2024/2025 mövsümünün əvvəlki aylarında ən yaxşı seçilmiş məşqçilərin siyahısı isə belədir:

Avqust 2024 – Paolo Vanoli Daversa (“Torino”)

Sentyabr 2024 – Antonio Konte (“Napoli”)

Oktyabr 2024 – Marko Baroni (“Latsio”)

Noyabr 2024 – Can Pyero Qasperini (“Atalanta”)

Dekabr 2024 – Simone İnzaqi (“İnter”)

Yanvar 2025 – Antonio Konte (“Napoli”)

Seçilən
140
30
arena.az

10Mənbələr