Robin van Persi üçün yeni imkan ortaya çıxıb.
"Football-plus.az" xəbər verir ki, Niderland millisinin sabiq hücumçusu yenidən “Feyenoord”da çalışacaq. Niderland klubunun rəhbərliyi 41 yaşlı məşqçi ilə razılığa gəlib.
Yerli mənbələrin məlumatında onunla müddəti 2017-ci ilin yayına qədər razılaşdırılan müqavilə imzalandığı qeyd edilib. Vaxtilə “Feyenoord”, “Arsenal”, “Mançester Yunayted” və “Fənərbaxça”da oynamış Van Persi bazar gününə qədər “Herenven”i çalışdırırdı. O, artıq fevralın 24-dən Rotterdamda işə başlayıb. Van Persinin əsas köməkçisi “Mançester Yunayted”in sabiq çalışdırıcısı Erik ten Haqa assistenlik edən Rene Hake olub. Onun müaviləsinin müddəti də 2017-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, “Feyenoord”un yetirməsi olan Van Persi əvvəllər bu klubun aşağı yaş qruplarından olan komandalarla işləyib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta