Fevralın son günləri kimi mart ayının ilk günü də Şimal bölgəsində qarlı və şaxtalı hava müşahidə olunur.
Quba Regional Şimal-Şərq Hidrometrologiya Mərkəzindən Bizim.Media-ya bu bildirilib ki, Qubanın"Sibir"i sayılan Qrız kəndində 16 dərəcə şaxta, 27 sm qar var.
Xızı rayonunun Altıağac qəsəbəsinə isə 38 sm qar yağıb, burada -9 dərəcə şaxta müşahidə olunur.
Bölgənin avtomobil yolları buz bağlayıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta