Bu gün AzEdu.az təhsil portalının 7 yaşı tamam olub.
AzEdu.az 2018-ci ilin mart ayının 1-dən fəaliyyətə başlayıb.
AzEdu.az ölkədə və dünyada baş verən ən vacib təhsil hadisələrini jurnalistikanın etik və şəffaflıq prinsiplərinə əsaslanaraq, Azərbaycan oxucusuna çatdırır.
Elm-təhsil sahəsindəki problem və perspektivləri özündə əks etdirən gündəlik materiallarla yanaşı, rubrika yazıları, müsahibə, reportaj, araşdırmaları da oxuculara təqdim edirik.
AzEdu.az Təhsil Portalı ötən 6 il ərzində təkcə Azərbaycanda deyil, ölkə xaricində yaşayan soydaşlarımız tərəfindən də izlənilən xəbər istehsalçısına çevrilib.