“Araz-Naxçıvan” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Zirə”ni məğlub edib – 2:0.
Futbolpress.az xəbər verir ki, naxçıvanlıların qollarını braziliyalı hücumçu Felipe Santos vurub. Santos matçdan sonra sosial şəbəkə hesabında paylaşım edib:
“İki qolla komandaya kömək etdiyim üçün xoşbəxtəm. Hər gün hədəflərimizə daha yaxınlaşırıq”.
“Araz-Naxçıvan” yarımfinalda “Qarabağ”la qarşılaşacaq.