AZ

Azərbaycanın voleybol çempionatlarında növbəti oyunlar keçiriləcək » AzadMedia.az


Bu gün voleybol üzrə Azərbaycan Yüksək Liqalarında növbəti oyunlar keçiriləcək.

Kişilərin mübarizəsində XIII turun matçında "Gənclər" "Murov Az Terminal"la üz-üzə gələcək.

Sumqayıt Olimpiya Kompleksində təşkil ediləcək görüş saat 16:00-da başlayacaq. Ötən gün açılış qarşılaşmasında "Neftçi" MOİK-i məğlub edib 3:0.

Qadınların yarışında isə XIV tura "Gəncə" - UNEC oyunu ilə start veriləcək. UNEC Voleybol Klubunun idman zalındakı matç saat 14:30-da olacaq.
Seçilən
30
2
azadmedia.az

4Mənbələr