AZ

Drente: “Messi mənə “qaradərili nəcis parçası” demişdi”

“Real”ın niderlandlı sabiq futbolçusu Royston Drente argentinalı ulduz hücumçu Lionel Messi ilə bağlı xoşagəlməz xatirəsini paylaşıb.

Arena.az məlumat verir ki, o, bu barədə “The Wild Project” dərgisinə müsahibəsi zamanı söhbət açıb.

“Erkules”in (Drente icarədə ikən – redaktorun qeydi) “Barselona” ilə oyununda Messi məni “qaradərili nəcis parçası” adlandırmışdı. Az sonra o, mənə dedi ki, argentinalı oyunçular bir-birini “qaradərili nəcis parçası” adlandırırlar, onlar üçün bu, bir adi haldır. Məsələn, onlar bunu Qaraya (argentinalı keçmiş müdafiəçi Esekyel Qaray – redaktorun qeydi) deyirdilər, onun isə bu, vecinə deyildi. Ancaq biz başa düşməliyik ki, bu, mənim kimi bir oğlana xoş gəlməyə bilər. Bu, məşqdə dostumun mənə belə deməsi ilə eynisi deyil. Burada bu sözlər rəqib tərəfindən deyilib.

Sonralar biz bu mövzuda daha danışmırdıq, bu, artıq çeynənmişdi. Mən ona (Messiyə) böyük hörmət bəsləyirəm, axı o, dünyada ən yaxşı oyunçulardan biri olub”, deyə Royston bildirib.

Drente həmçinin dünya futbolunun iki müasir ulduz hüçumçusu – portuqal futbolçu Kristiano Ronaldo və Lionel Messi arasında müqayisə də aparıb:

“Mən Messiyə böyük hörmət bəsləyirəm. Hamı onun futbol dünyası üçün nə etdiyini görüb, bu isə inanılmazdır. Amma rəqəmələr aldatmır, Kristiano tezliklə 1000-ci qolunu vuracaq, bunu isə Messi haqda demək olmaz”, deyə keçmiş yarımmüdafiəçi iki əzəli rəqib arasındakı oda yağ töküb.

Royston Drente vaxtilə “Barselona”dan imtina edərək, məhz “Real”a keçidini də əsaslandırıb:

“Real”la müqavilə imzalayana qədər, məni “Barselona”, həmçinin “Çelsi” heyətində görmək istəyirdi, amma onlar istəyirdilər ki, mən daha bir il “Feyenoord”da qalım. Mən isə dərhal getmək istəyirdim. Ona görə qərara aldım ki, Madridə yollanmaq ən yaxşısıdır”.

Seçilən
51
50
arena.az

10Mənbələr