AZ

Ağcabədidə ötən gün baş verən qəzada ölənlərin sayı 6 nəfərə çatıb - Yenilənib

Ağcabədi rayonunda dünən baş verən yol qəzasında ölənlərin sayı altı nəfərə çatıb...

“Report”un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, “Kia”  markalı minik avtomobilinin sürücüsü, 1992-ci il təvəllüdlü Fəxri Rzayev qəza zamanı zərbənin təsirindən yolun kənarına düşüb.

Onun meyiti sonradan tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb

***

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (kişi cinsli) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

TƏBİB-dən bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Onlardan 1992-ci il təvəllüdlü şəxs qarın boşluğunun küt travması diaqnozu ilə tibb müəssisəsinin əməliyyat blokuna yerləşdirilib.

Digər 4 nəfər isə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, hadisə nəticəsində Ağcabədi rayonu Boyad kənd sakinləri 1991-ci il təvəllüdlü Hüsüyev Vüsal Məmməd oğlu, 1995-ci il təvvəllüdlü Əmrahov Sənan Aqil oğlu, 1992-ci il təvəllüdlü Aslanov Azər Fəyyaz oğlu, 2007-ci il təvəllüdlü Ələsgərov Asiman Yaşar oğlu və rayonun Bilağan kənd sakini 2022-ci il təvəllüdlü Aslanlı Elbəy Mövsüm oğlu həyatını itirib.

***

Ağcabədi rayonunda baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi bəlli olub.

Bu barədə “Report”un Qarabağ bürosu xəbər verir.

Məlumata görə, qəza nəticəsində keçinənlər 1990-cı il təvəlldlü Hüsiyev Vüsal Məmməd oğlu, 1991-ci il təvəllüdlü Əmrahov Sənan Aqil oğlu, 1992-ci il təvəllüdlü Aslanov Azər Fəyyaz oğlu, 2007-ci il təvəllüdlü Ələsgərov Asiman Yaşar oğlu və Aslanov Elbəy Mövsüm oğludur.

***

Ağcabədi rayonunda baş verən zəncirvari qəzada beş nəfər ölüb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Xocavənd kəndi ərazisində baş verib.

"Mercedes", "Hyundai" və "VAZ" markalı avtomobillərin iştirakı ilə baş verən qəzada "VAZ”ın sürücüsü, həmçinin maşındakı dörd sərnişin hadisə yerində ölüb.

Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Seçilən
84
50
poliqon.info

10Mənbələr