Dünən Ağcabədi rayonunda baş verən avtomobil qəzasında ölənlərin sayı altı nəfərə çatıb.
Sfera.az "Report"a istinadən xəbər verir ki, “Kia” markalı minik avtomobilinin sürücüsü, 1992-ci il təvəllüdlü Fəxri Rzayev qəza zamanı zərbənin təsirindən yolun kənarına düşüb.
Onun meyiti sonradan tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Xatırladaq ki, fevralın 28-də baş verən avtomobil qəzasında 5 nəfərin ölüm faktı qeydə alınmışdı.