Bakı. Trend:
Artıq on gündür ki, paytaxt Bakı şəhərinə intensiv qar yağmasıdavam edir. Bununla əlaqədar bütün bu günlər ərzində Bakı Şəhər vəpaytaxt rayonlarının İcra Hakimiyyətləri, qurumların kommunalxidmətləri gücləndirilmiş iş rejimində fəaliyyəti davametdiriblər.
Trend xəbərverir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, yağan qarın fəsadlarının aradan qaldırılması iləbağlı kommunal xidmətlər tərəfindən operativ tədbirlər görülür.Xüsusi təyinatlı texnika tərəfindən mərkəz küçə və prospektlər,həmçinin ətraf qəsəbələrin yolları qardan təmizlənir, texniki duzsəpilir.
Səhər tezdən isə kommunal xidmətlər metro stansiyaları, avtobusdayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai-iaşə vədigər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamışyerlərə texniki duz səpilməsi və digər təmizlik işlərini davametdiriblər.
Ərazidə aparılan təmizlik işləri ilə bağlı fotoları təqdimedirik.