AZ

Ali məktəblərə qəbulun yeni qaydaları qüvvəyə mindi

Martın 1-dən Rusiyada ali məktəblərə qəbulun yeni qaydaları və bütün proqramlar və ixtisaslar üzrə ali məktəblərə qəbul üçün nəzərdə tutulan fənlərin siyahısı qüvvəyə minib.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd olunur ki, ali təhsil müəssisələrinə qəbul üçün nəzərdə tutulan yeniliklər bu il martın 1-dən 2029-cu il sentyabrın 1-dək qüvvədə olacaq.

DİM-in rəhbəri Valeri Falkov bildirib ki, qəbul zamanı abituriyentlər üçün daha başa düşülən və rahat şərait yaradılıb. Beləliklə, indi rusiyalı abituriyentlər üçün ali təhsil proqramlarına qəbul üçün vahid son tarixlər - iyunun 20-dən tətbiq edilib. Büdcədən maliyyələşən bakalavriat və magistraturaya qəbulun son tarixi sentyabrın 1-dir. Bundan əlavə, magistraturaya qəbul üçün ilk dəfə olaraq super xidmət (Dövlət xidməti) vasitəsilə sənədləri təqdim etmək mümkün olacaq.

Seçilən
80
5
publika.az

6Mənbələr