AZ

ABB “Fayda Max”ın ən üstün “Prime” mərhələsini təqdim etdi

ABB “Fayda Max” loyallıq proqramının ən yüksək və eksklüziv mərhələsi olan “Prime”ı təqdim edir.

“Prime” mərhələsi ABB-nin loyal və imtiyazlı müştəriləri üçün yaradılıb. Bu mərhələni tamamlayan müştərilər sadəcə keşbek və bonuslardan deyil, eksklüziv xidmətlərdən və üstün təcrübələrdən də faydalanacaqlar:

- “OneRepublic” qrupunun konsertinə 2 bilet hədiyyə!

- Skybox biletləri ilə kinoteatrlarda VIP təcrübə!

- İstanbul və Dubay hava limanlarında xüsusi qarşılama xidməti!

- Xaricdə pulsuz roaminq!

- Özəl restoranlarda səhər və şam yeməyi!

- “Afternoon tea” və “premium brunch”lar!

- SPA və Wellness xidmətləri!

- Golf dərsləri və fərqli idman tədbirləri!

İmtiyazlar bununla bitmir. Sizi gözləyən başqa üstünlüklər də var:

- Filiallarda növbəsiz xidmət!

- Məlumat Mərkəzində növbəsiz xidmət!

- İnvestisiyalarda 30% keşbek!

- DigiDeposit gəlirinə 10% keşbek!

- 1.3x “Faydalı keşbek” - qazandığınız “Faydalı keşbek” məbləği 1.3 əmsalı ilə artırılır, daha çox gəlir əldə edirsiniz!

- Onlayn kredit ödənişi faizinə 10% keşbek!

- Ölkədaxili digər bankların debet kartlarına aylıq 30 000 AZN-ə qədər komissiyasız köçürmə imkanı!

- 2x “ƏDV geri al”!

"Prime” mərhələsi 1 martdan aktivdir. Bu mərhələyə keçmək üçün ya “Qızıl” mərhələni üç dəfə tamamlamalı, ya da ABB-nin imtiyazlı müştərilərindən olmalısınız. “Fayda Max” proqramı barədə ətraflı məlumatları buradan əldə etmək mümkündür.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Seçilən
52
11
qafqazinfo.az

10Mənbələr